Xəbər lenti

Ötən il Sumqayıtda 5 min 695 narkoloji xəstə qeydiyyata alındı
Ölkə 20:12 03.02.2025

Ötən il Sumqayıtda 5 min 695 narkoloji xəstə qeydiyyata alındı

Sumqayıt şəhərində rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb.


Sumqayıt şəhər Narkoloji Dispanserdən Report-un yerli bürosuna bildirilib ki, hazırda müəssisədə qeydiyyatda olan narkoloji xəstələrin sayı 5 min 695 nəfərdir.


Qeyd olunub ki, narkotik istifadəçilərinin sayı isə 4 min 145 nəfərdir. Onlardan 97-si qadındır.


Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olan alkoqolizm xəstələrinin sayı isə 1 550 nəfərdir. Onlardan 24-ü zərif cinsin nümayəndəsidir.


Bildirilib ki, narkoloji xəstələrin və narkotik istifadəçilərinin əksəriyyəti 20-45 yaş arasında olan şəxslərdir.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->