Xəbər lenti

Deputata yeni vəzifə verildi
Siyasət 13:33 03.02.2025

Deputata yeni vəzifə verildi

Milli Məclisdə daha bir ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklikdə əksni tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan - Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.

İşçi qrupuna rəhbərlik deputat Səbinə Salmanovaya həvalə edilib.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.

Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->