İlon Mask hazırda Hökumət Effektivliyi Nazirliyini (DOGE) idarə edən şəxs olaraq X platformasında ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyini (USAID) bağlama üzərində işlədiklərini bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Reuters
yazır.
Keçmiş prezidentliyə namizəd, Respublikaçılar Partiyasından Vivek Ramasvami və Respublikaçılar Partiyasından senator Coni Ernstin iştirakı ilə keçirilən söhbətdə Mask, USAID-in bağlanması üzərində işlədiklərini bildirib.
"Onun təmiri mümkün deyil”, - deyə Mask bildirib və əlavə edib ki, prezident Tramp da proqramın bağlanmasını dəstəkləyir. Maskın sözlərinə görə, USAID-in bağlanması hökumətin xərclərini azaltmaq üçün atılan addımlardan biridir.
Bilməyənlər üçün qeyd edək ki, USAID dünyanın ən böyük təkbaşına donorudur. 2023 maliyyə ilində ABŞ dünya üzrə 72 milyard dollar yardım göndərib və bu yardım sağlamlıqdan tutmuş, münaqişə zonalarında qadınların sağlamlığına, təmiz suya çıxışa, VİÇ/SİDS-in müalicəsinə, enerji təhlükəsizliyinə və korrupsiyaya qarşı mübarizəyə qədər bir çox sahəni əhatə edib. Proqram 2024-cü ildə BMT-nin izlədiyi bütün humanitar yardımların 42%-ni təmin edib.
Tramp administrasiyası ötən həftə USAID-in fəaliyyətini dayandırıb.
Qeyd edək ki, USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) 1992-ci ildən bəri Ermənistana əhəmiyyətli maliyyə yardımları göstərir. 2021-ci ilə qədər bu yardımların ümumi məbləği 3 milyard dollardan çox olub.
2024-cü ilin sentyabr ayında USAİD Ermənistana beşillik yardım paketini 120 milyon dollardan 250 milyon dollara artırdığını elan edib.
Bu yardımların "əsas məqsədi” Ermənistanda demokratiya və iqtisadiyyatın inkişafına dəstək verməkdir. Maliyyə vəsaiti təbii fəlakətlərdən qorunma, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi kimi sahələrə yönəldiləcək.
USAİD-in Ermənistana ayırdığı maliyyə yardımı ABŞ-ın "Xarici Hərbi Maliyyələşdirmə" proqramı ilə əlaqələndirilir.
Bundan əlavə, USAİD Ermənistanda davam edən insan haqları problemlərinin həlli üçün 2,5 milyon dollar ayıracaq. Vəsait LGBT fərdlərinin hüquqlarının müdafiəsinə, gender əsaslı zorakılıqla mübarizə və digər tədbirlərə xərclənəcək.
Ümumilikdə, USAİD-in Ermənistana göstərdiyi yardımlar "ölkənin inkişafını dəstəkləmək və müxtəlif sahələrdə islahatları təşviq etmək” məqsədi güdür.
Alpər
Şərhlər