Ədliyyə Nazirliyi Milli Məclisin deputatı Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyasının sənədlərini geri qaytarıb.
Bu barədə Qaynarinfo-ya partiyanın İcra Aparatının rəhbəri Samir Əsədli məlumat verib. O bildirib ki, Ədliyyə Nazirliyi bir ay ərzində müvafiq yoxlamalar aparıb və onların cavabına görə təqdim edilmiş siyahıda 9246 nəfərdən yalnız 255 nəfərin VHP üzvü oldmadığı təsdiq edilib:
"Həmçinin 1954 şəxsin məlumatlarının (ad, soyad, ata adı, təvəllüdü) düzgün göstərilmədiyi bildirilib. Rəsmi cavabda həmçinin müəyyən qrup partiya üzvlərinin eyni telefon nömrələrindən ( mobil və ev) istifadə etdikləri qeyd olunub. Məsələ ondadır ki, kənd rayonlarında təşkilatın özəklərində bir neçə şəxs eyni ailənin üzvü olduqlarından eyni telefon nömrəsindən istifadə edirlər. "Siyasi Partiyalar haqqında” qanunda hər bir partiya üzvünün fərdi nömrəsinin göstərilməsi tələbi qoyulmayıb. Bütün bu və digər qüsurlar göstərilməklə Ədliyyə Nazirliyinin məktubuna əsasən 5000 nəfərə yaxın şəxsin VHP üzvü kimi reystrdə təsdiqləndiyi ortaya çıxır”.
Samir Əsədli qeyd edib ki, aparılmış araşdırmanın nəticələri partiyanın qeydiyyatı üçün yetərlidir:
"Göstərilən qüsurları da nəzərə alaraq VHP üzvlərinin reyestr siyahısının daha da dəqiqləşdirib yaxın günlərdə yenidən Ədliyyə Nazirliyinə təqdim edəcəyik”.
Bahar Rüstəmli
Şərhlər