Xəbər lenti

Nikol Kidman məşhur Hollivud aktyoru ilə sevgilidir - KİV
Maqazin 13:16 06.01.2026

Nikol Kidman məşhur Hollivud aktyoru ilə sevgilidir - KİV

Mükafatlı aktyorlar Nikol Kidman və Rassel Krou qeyri-ictimai qəhvə görüşlərinə görə mümkün romantik münasibətlə bağlı şayiələrin mərkəzinə düşüblər.

Qayanrinfo xəbər verir ki, "Radar Online”ın məlumatına görə, Krou Nikol üçün evliliyinin dağılmasından sonra mühüm dayaq olub. Aktyor özü də çətin boşanma yaşadığından dostunu anlayışla qarşılayır və onu demək olar ki, hər gün zənglərlə dəstəkləyir. 

Bildirilir ki, onlar son vaxtlar bir neçə dəfə birlikdə qəhvə içməyə gediblər. Krou Kidmana diqqətini işinə yönəltməyi məsləhət görüb. Aktrisa artıq bir neçə yeni layihə ilə müqavilə imzalayıb və onların bəzilərinin qrafiki üst-üstə düşür. Bu da ona şəxsi narahatlıqlara daha az vaxt ayırmağa imkan verir.

Qeyd olunur ki, Nikol Kidman və Rassel Krou Avstraliyada yeniyetməlik illərindən tanışdırlar. Lakin onlar ilk dəfə yalnız 2018-ci ildə "Yoxa çıxan oğlan” adlı dram filmində birgə ekrana çıxıblar və burada ər-arvad rolunu canlandırıblar. Həmin vaxtdan etibarən yaxın əlaqəni saxlayırlar. Krou hətta Kidmana birlikdə çalışmaq istədiyi layihələrin ssenarilərini də göndərir.

Uzun illərin dostları arasında yaxınlaşma Krounun çoxdankı partnyoru Britni Terio ilə münasibətlərdə gərginlik yaradıb. Mənbələrin sözlərinə görə, Terio bu vəziyyətə ehtiyatla yanaşır, çünki həmkarla bu qədər sıx ünsiyyət münasibətlər üçün riskli görünür. Bununla belə, Kidman yaxınlığın yalnız dostluq xarakteri daşıdığını israrla bildirir.

Xatırladaq ki, ötən il Nikol Kidman Hollivudun ən səs-küylü boşanmalarından birini yaşayıb. Aktrisa və avstraliyalı müğənni Kit Urban 16 illik evlilikdən sonra yollarını ayırıblar.

Aydın

--> -->