Xəbər lenti

Məşhur boksçu:
Dünya 10:10 15.09.2024

Məşhur boksçu: "Gələcəkdə idman naziri olacam"

Ağır çəkidə WBC, WBA, WBO və IBO çempionu Aleksandr Uşik gələcəkdə idman naziri olmağı planlaşdırdığını bildirib. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə Polşanın "Kanal Sportowy" idman onlayn kanalına müsahibəsində bildirib.

"Uşaqlarla təkcə idmanda deyil, həm də psixologiya, sağlam həyat tərzini dəstəkləmək, başa düşünmək, kiminsə dediklərinə qulaq asmamaq məsələsində işləmək istərdim", deyə idmançı bildirib.

Boksçunun sözlərinə görə, o, uşaqlara bacardığı bəzi şeyləri öyrətmək üçün onlarla işləmək istəyir.

"İdman naziri olmaqdan məmnun olardım və olacağam", deyə Uşik bildirib.

Bundan əvvəl boksçu gələcəkdə gənclər və idman naziri ola biləcəyini demişdi. 10 ildən sonra özünü kim hesab etdiyini soruşduqda idmançı boksu tərk etməyəcəyini, amma ola bilsin ki, Ukrayna Boks Federasiyasının prezidenti, sonra isə idman naziri olacağını bildirmişdi.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->