Xəbər lenti

Britaniyanın ilk milyarder idmançısı oldu: Nə qədər qazanır?
Dünya 14:50 15.05.2026

Britaniyanın ilk milyarder idmançısı oldu: Nə qədər qazanır?

Böyük britaniyalı keçmiş futbol ulduzu Devid Bekhem rəsmi olaraq Böyük Britaniyanın ilk milyarder idmançısı kimi tanınıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent” və "Sunday Times Rich List” məlumat yayıb.

Məlumata görə, Devid Bekhem və həyat yoldaşı Viktoriya Bekhemin ümumi sərvəti təxminən 1,505 milyard dollara çatıb. Bu göstərici 2025-ci ildə açıqlanan 635 milyon dollarlıq əvvəlki qiymətləndirmə ilə müqayisədə ciddi artım deməkdir.

Sərvətin artımında əsas amillərdən biri Bekhemin ABŞ-dakı biznes və investisiya layihələri olub. Xüsusilə Lionel Messinin "Inter Miami” klubuna transferi ilə bağlı layihələr onun maliyyə gəlirlərini artırıb. Viktoriya Bekhemin moda brendi də ciddi gəlir gətirib — illik gəlirin 127 milyon dolları keçdiyi bildirilir.

Bununla yanaşı, xəbərlərə görə, ailənin maliyyə uğurları şəxsi münasibətlərdə gərginliklə üst-üstə düşüb. Məlumata əsasən, Bekhem ailəsi ilə böyük oğulları Bruklin arasında fikir ayrılıqları yaşanır. Bruklin sosial şəbəkələrdə valideynlərini tənqid edərək onların münasibətlərinə müdaxilə etdiyini iddia edib.

"Sunday Times Rich List” həmçinin digər məşhurların da siyahıya daxil olduğunu göstərir. Məsələn, "Oasis” qrupunun üzvləri Liam və Noel Qallager qastrollardan 476 milyon dollar qazanıblar. Böyük Britaniya kralı III Çarlzın sərvətinin 864 milyon dollar olduğu qeyd olunur. Yazıçı J.K. Rovlinq də siyahıda yer alır.

Aydın

--> -->