ABŞ Federal Təhqiqatlar Bürosu (FTV) İran adına casusluq etməkdə ittiham olunan keçmiş ABŞ Hərbi Hava Qüvvələri kəşfiyyat mütəxəssisi Monika Vittin tutulmasına yardım edəcək məlumatlar üçün 200 min dollar mükafat elan edib.
Qaynarinfo xəbər verir ki, ABŞ rəsmiləri onun 2013-cü ildə İrana sığındığını və hazırda da orada olduğu ehtimal edildiyini bildirir.
CNN-in məlumatına görə, FTB Monika Vittin izinin tapılması istiqamətində araşdırmaları davam etdirir. Qurumun açıqlamasında onun İranın fəaliyyətlərinə dəstək verdiyi ehtimal olunur.
FTB həmçinin onun harada olduğu barədə məlumat verə biləcək şəxslərə çağırış edərək, bu məlumat müqabilində 200 min dollar mükafat ödənəcəyini bildirib.
2019-cu ildə casusluq ittihamı irəli sürülmüşdü
Monika Vitt 1997–2008-ci illər arasında ABŞ Hərbi Hava Qüvvələrində xidmət edib. Daha sonra 2010-cu ilə qədər müdafiə podratçısı kimi çalışıb.
ABŞ Ədliyyə Nazirliyi 2019-cu ildə onun İran hökuməti adından casusluq etdiyi iddiası ilə barəsində ittiham irəli sürüb.
"Çox gizli məlumatları İrana ötürdüyü" iddiası
27 səhifəlik ittihamnamədə bildirilir ki, Vitt ABŞ ordusunda xidmət etdiyi dövrdə əldə etdiyi məxfi məlumatları İran tərəfi ilə paylaşıb.
Onun 2012-ci ildə İran İnqilab Keşikçiləri ilə əlaqəli olduğu iddia edilən bir konfransa qatıldığı, 2013-cü ilin avqustunda isə İrana keçdiyi qeyd olunur.
Pentaqon proqramı ilə bağlı iddialar
ABŞ rəsmilərinin iddiasına görə, Monika Vitt Pentaqona aid çox gizli bir proqramın kod adını və əməliyyat detalları barədə məlumatları İran tərəfinə ötürüb. Həmçinin bir əks-kəşfiyyat əməkdaşının kimliyini də ifşa etdiyi iddia olunur.
Aydın
Şərhlər