Xəbər lenti

Ksenya Sobçak Trampın xanımının geyimini lağa qoydu
Dünya 18:07 21.01.2025

Ksenya Sobçak Trampın xanımının geyimini lağa qoydu

Jurnalist Ksenya Sobçak ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın geyimini lağa qoyub. 

Qaynarinfo xəbər verir ki, teleaparıcı bu barədə özünün Telegram kanalında paylaşım edib.  

Ksenya Sobçak Melaniya Trampın geyimini Çeburaşka və Krokodil Gena haqqında uşaq hekayələrindən və cizgi filmlərindən olan Şapoklyak obrazı ilə müqayisə edib. ABŞ-ın birinci xanımı prezident həyat yoldaşının andiçmə mərasimində Adam Lipps brendinə məxsus qara palto, tünd göy rəngli hündürdaban ayaqqabı və Eric Javits markasına aid geniş kənarlı şlyapa geyinib.  

''Həmişə düşünmüşəm ki, Şapoklyak çox dəbli bir obrazdır. Bu tam bir referansdır',' – deyə Sobçak qeyd edib.  

Bundan əvvəl Melaniya Trampa həyat yoldaşının andiçmə mərasimi ərəfəsində bəzi moda evlərinin ona geyim təqdim etməyi dayandırdığı bildirilmişdi. Bu, Vogue moda jurnalının baş redaktoru Anna Vinturun, yeni prezidentin həyat yoldaşına açıq şəkildə soyuq münasibət bəsləməsi və onun fotoşəkillərinin yenidən jurnalın üz qabığında yerləşdirilməsini istəməməsi ilə bağlıdır.  

Qeyd edək ki, 20 yanvar tarixində Donald Tramp and içərək ABŞ-ın 47-ci prezidenti vəzifəsini icra etməyə başlayıb. İnauqurasiya mərasimi Kapitolidə baş tutub.  

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->