Xəbər lenti

Kadırov 3 vəzifəli şəxsə qan davası elan etdi
Dünya 13:48 10.10.2024

Kadırov 3 vəzifəli şəxsə qan davası elan etdi

Çeçenistanın rəhbəri Ramzan Kadırov Dağıstandan olan senator Süleyman Kərimova, habelə Dövlət Dumasının deputatları Bexan Baraxoyev və Rizvan Kurbanova onun həyatına sui-qəsd planlaşdırmadıqlarını sübut etmədikcə, qan davası elan edib. 

Qaynarinfo xəbər verir ki, müvafiq video Kadırovun "Telegram" kanalında yayımlanıb.

Kadırov Moskvada "Wildberries" e-ticarət platformasının ofisinin qarşısında baş verən atışma barədə danışıb. Çeçen liderin sözlərinə görə, onun ölümünü adi bir biznes vəziyyəti ilə əlaqədar olaraq sifariş ediblər. O, iddia edir ki, sifariş barədə şahidləri və hətta vəd edilən məbləğ barədə məlumatı var. İndi Kadırov Kərimov, Baraxoyev və Qurbanova əksini sübut etməsələr, onlara qan davası elan edir.

"Şahidlər və onların mənim ölümümü sifariş verdikləri adamlar var", deyə Çeçenistan rəhbəri bəyan edib.

Bundan əvvəl Kadırov bəzi şəxslərin "Wildberries" ofisindəki insidentə "etnik rəng" qatmağa çalışdığını bildirib.

18 sentyabrda Moskvanın mərkəzində, "Wildberries" ofisinin qarşısında silahlı qarşıdurma baş verib. "Marketpleys"in təsisçisi Tatyana Kim bəyan edib ki, onun keçmiş əri, silahlı mühafizəçilərin müşayiəti ilə Moskvanın Romanov döngəsindəki ofisi ələ keçirməyə cəhd edib. Maskalı silahlı şəxslər həmçinin "Dinamo"dakı "Wildberries" ofisinə də gəliblər. İddialara görə, Bakalçuku Kadırovun adamları dəstəkləyir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->