Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Vəhdət Partiyasının ona birləşməsi ilə bağlı məlumata aydınlıq gətirib.
Partiyanın sədr müavini Samir Əsədli Qaynarinfo-ya açıqlamasında belə bir müzakirənin getməsindən xəbərsiz olduğunu deyib:
"Xəbərim yoxdur, belə müzakirə getməyib. Vəhdət Partiyası bizə dost təşkilatdır. Vaxtı ilə müxtəlif bloklarda bir yerdə olmuşuq. Tahir bəy milli adamdır, ona hörmətimiz sonsuzdur. Partiyasında da xeyli sayda dostumuz, əlaqələrimiz var. Amma birləşmə və bu kimi məsələlərdən xəbərim yoxdur".
Samir Əsədli Vəhdət Partiyasının siyasi bazası, fəaliyyəti göz önündə olan siyasi təşkilatlardan biri olduğunu vurğulayıb.
Qeyd edək ki, mətbuatda Vəhdət Partiyasının VHP-yə birləşməsi ilə bağlı məlumat yayılıb.
Onu da qeyd edək ki, VHP-nin sədri deputat Sabir Rüstəmxanlı, Vəhdət Partiyasının sədri isə deputat Tahir Kərimlidir.
Bahar Rüstəmli
Şərhlər