Xəbər lenti

Qubadovlara məxsus BOKT-un səhmdarlara olan borcu 2,9 milyon manata çatıb
Ekonomiks 16:00 08.05.2026

Qubadovlara məxsus BOKT-un səhmdarlara olan borcu 2,9 milyon manata çatıb

"İdeal Kredit” BOKT 2025-ci ili 3 milyon 40 min 695 manat xalis mənfəətlə başa vurub.

Valyuta.az xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 669 min 419 manat və ya 28,2% çoxdur.

Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 2 milyon 371 min 276 manat olub.

Hesabat dövründə "İdeal Kredit”in xalis faiz gəlirləri də yüksəlib. Belə ki, bu göstərici bir il əvvəlki 4 milyon 174 min 492 manatdan 5 milyon 638 min 101 manata çatıb. 

Xalis qeyri-faiz gəlirləri isə azalıb. Gəlirlər 76 min 51 manat və ya 10,8% azalaraq 630 min 280 manata enib. 

BOKT-un cəmi aktivləri 2024-cü ilin sonundakı 17 milyon 916 min 26 manatdan 2025-ci ilin sonunda 24 milyon 187 min 461 manata yüksəlib. 

Müştərilərə verilən kreditlərin həcmi 22 milyon 4 min 841 manata çatıb. Kredit portfeli 6 milyon 278 min 704 manat və ya 39,9% artıb.

Şirkətin cəmi öhdəlikləri 10 milyon 604 min 414 manatdan 13 milyon 835 min 154 manata yüksəlib. Bu istiqamətdə artım 3 milyon 230 min 740 manat və ya 30,5% təşkil edib.

Eyni zamanda, təşkilatın bank kreditləri üzrə öhdəlikləri də artaraq 5 milyon 150 min 125 manatdan 8 milyon 239 min 500 manata çatıb. 

Səhmdarlara olan borclar isə 680 min manat, faiz ifadəsində isə 18,6% azalıb. Göstərici 3 milyon 649 min 960 manatdan 2 milyon 969 min 960 manata düşüb.

Xatırladaq ki, "İdeal Kredit" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 647 min manatdır. BOKT-un təsisçiləri 75 % payla Qubad Qubadov (direktor) və 25 % payla Xuraman Qubadovadır.
--> -->