Məşhur "Ford Escape" krossoveri artıq ABŞ-da istehsal olunmur. Bu avtomobilin son nüsxəsi 17 dekabrda Luisvill yığım zavodunda montaj xəttindən çıxıb və modelin 25 illik tarixini tamamlayıb.
Qaynarinfo bu barədə "Carscoops"a istinadən xəbər verir.
Bu gün "Ford" yaxşı bazar potensialına malik "Bronco Sport" və "Maverick" modellərinə bahis edir. Eyni zamanda, dilerlər "Ford"un qərarından narahatdırlar.
Bazar mütəxəssisləri hesab edirlər ki, "Escape" istehsalının dayandırılması alıcıları digər istehsalçılara diqqət yetirməyə məcbur edəcək. Bu baxış səbəbsiz deyil, çünki model bazarda rəqabətin kəskin şəkildə artdığı son illərdə belə çox populyar idi.
Avtomobilin populyarlığının səbəbi onun əlverişliliyi idi. "Escape" xüsusən də avtomobil qiymətlərinin ümumi artımı fonunda ilk dəfə avtomobil alan alıcıların cəlb edilməsində əsas rollardan birini oynayıb.
"Ford" özü nikbin olaraq qalır. Şirkət yalnız "Bronco Sport" və "Maverick"in uğuruna inanmır, həm də 2030-cu ilə qədər ortaya çıxması ehtimal olunan beş yeni "əlverişli" model hazırlayır.
Aydın
Şərhlər