Xəbər lenti

Elektrik cərəyanı ilə balıq ovladılar, həbs cəzası aldılar
Ölkə 17:28 14.03.2025

Elektrik cərəyanı ilə balıq ovladılar, həbs cəzası aldılar

Göygöl rayonunun Hacı Qaya kəndinin iki sakini Qoşqarçay çayında elektrik cərəyanı tətbiq etməklə balıq ovlayıblar. 

Qaynarinfo-nun məlumatına görə, kənd sakinlər Elşən və Tural çaydan bu üsulla 103 ədəd şirbit balığı tutublar. 

Həmkəndlilərin əməlləri barədə müvafiq qurumlar xəbər tutduqdan sonra onlar saxlanılıb. Hər ikisinə Cinayət Məcəlləsinin 256.3-cü (Balıq və digər su bioresurslarını qanunsuz tutma - öz qulluq mövqeyindən istifadə etməklə və ya qabaqcadan əlbir olan bir qrup şəxs yaxud mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilib. 

İbtidai istintaq bitdikdən sonra iş baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə hər iki şəxs elan olunmuş ittiham üzrə özlərini təqsirli bilib. 

Hakim Rəşad Mustafayevin çıxardığı hökmə əsasən, Elşən 1 il müddətinə balıq ovlama fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Rəşad isə 1 il müddətinə balıq ovlama fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->