Xəbər lenti

Dünya 18:31 23.02.2026

"El Menço": Keçmiş polis cinayət imperatoruna necə çevirildi?

Edam görüntüləri, partlayıcılarla təchiz edilmiş pilotsuz uçuş aparatları və ev şəraitində hazırlanmış zirehli tanklar… Meksikadakı Xalisko Yeni Nəsil Kartelinin (CJNG) rəhbəri və ölkənin ən çox axtarılan narkobaronu kimi tanınan "El Menço” ləqəbli Nemesio Oseqera Servantes dünyanın ən çox axtarılan narkotik qaçaqçısı idi. "El Menço" yalnız 15 il ərzində Meksikanın 32 ştatından 25-dən çoxunda fəaliyyət göstərən və 40-dan çox ölkədə aktiv qanadları olan bir cinayət imperiyası qurub. Bəs keçmiş bələdiyyə polisi olan "El Menço" necə oldu ki, Pablo Eskobar və "El Chapo” Quzman ilə müqayisə olunan bir narkotik baronuna çevrildi?

"El Menço"nun strategiyası: Qeyri-müəyyənlik yox, hakimiyyətin nümayişi

Qaynarinfo xəbər verir ki, "El Menço" Xalisko Yeni Nəsil Kartelinə qarşı çıxanların cəsədlərini körpülərə asdırmış, hərbi raket buraxıcıları təchiz edilmiş silahlı birliklər qurmuş və təhlükəsizlik qüvvələrinə birbaşa hücumlar təşkil etmişdi.

Onun rəhbərliyi altında CJNG sintetik narkotik ticarətində ixtisaslaşaraq ABŞ-ın ən böyük fentanil tədarükçüsü olub. ABŞ Narkotiklə Mübarizə İdarəsi (DEA) əməkdaşları təhlükə səviyyəsinə görə onu Pablo Eskobar ilə müqayisə edirdi.



"El Menço" kimdir?

Nemesio Oseqera Servantes Meksika və ABŞ Narkotiklə Mübarizə İdarələrinin (DEA) ən çox axtarılan şəxslər siyahısında birinci yerdə idi. ABŞ rəsmiləri onun tutulması və ya yerinin bildirilməsi üçün 15 milyon dollara qədər mükafat vəd edirdi.

1966-cı ildə Miçoakan ştatının Aguililla şəhərində sadə bir ailədə anadan olub. Gənclik illərində qanunsuz narkotik becərilməsi ilə başlayan cinayət karyerası ABŞ-a köç etdikdən sonra yeni bir mərhələyə qədəm qoyub.

"Infobae"nin xəbərinə görə, CJNG lideri "El Menço” ləqəbini almadan əvvəl "El Gallero” (Daha doğrusu, "Xoruzların Rəhbəri”) kimi tanınıb. Bu ləqəbi, xoruz döyüşlərinə mərc qoyması səbəbindən qazanıb.



"El Menço" uşaqlıq illərində ailəsinin avokado ticarəti ilə məşğul olub. 14 yaşında isə marixuana tarlalarında işləməyə başlayıb. Şahidlərin dediyinə görə, xaç atası qarşısında hörmətinə görə "Nemesio” adını qəbul edib.

ABŞ-da narkotiklə bağlı bir neçə dəfə həbs olunduqdan sonra Meksikaya deportasiya edilib. Oraya qayıtdıqdan sonra bələdiyyə polisi olaraq işləyən Osequera daha sonra təşkil olunmuş cinayət qruplarına qoşulub: Əvvəl Milenio Kartelində fəaliyyət göstərb, sonra 2010-cu ildə Xalisko Yeni Nəsil Kartelini quub. Kiçik bir qrup olaraq başlayan bu qrup bu gün ABŞ rəsmiləri tərəfindən "xarici terror təşkilatı” kimi qiymətləndirilir.



"El Menço"nun qlobal cinayət imperiyası

Meksikalı narkotik baronunun qlobal səviyyədə güclü mövqeyə yüksəlməsinin bir neçə səbəbi var. Onun rəhbərliyi altında CJNG cinayət dünyasında nadir görülən bir struktur yaradıb.

CJNG liderliyi

"El Menço"nun komandasının rəhbərliyi altında CJNG Meksikada ən geniş coğrafiyaya yayılan və ən zorakı cinayət təşkilatı olub. Kartel Meksikanın yarısından çox ştatında fəaliyyət göstərərkən Amerika, Avropa, Asiya və Okeaniya qitələrində də mövcudluq qazanılb. Onun rəhbərliyi altında təşkilat beynəlxalq narkotik qaçaqçılığı marşrutları quraraq qlobal şəbəkəyə çevrilib.



Zorakılıqla təmin olunan nəzarət

CJNG təhlükəsizlik qüvvələrinə birbaşa hücumlar, genişmiqyaslı yol kəsintiləri və rəqiblərinə qarşı terror aktları ilə tanınır. Bu qorxutma siyasəti sayəsində "El Menço" Sinaloa Karteli kimi köklü təşkilatları bir çox strateji ərazilərdən çıxarmağı bacarıb. Körpülərdən asılmış cəsədlər, partlayıcı yüklü pilotsuz uçuş aparatları və ev şəraitində hazırlanmış zirehli tanklar onun zorakılıq strategiyasının simvoluna çevrilib.

Cinayət fəaliyyətlərinin diversifikasiyası

"El Meno" rəhbərliyindəki kartel yalnız kokain, metamfetamin, fentanil və digər narkotiklərin ticarəti ilə məşğul olmayıb. Sinaloa Kartelinin əksinə olaraq, CJNG sentetik narkotiklər - fentanil və metamfetamin istehsalında ixtisaslaşıb. Bu, xüsusilə opioid böhranının kritik dövründə CJNG-nin ABŞ-ın ən böyük fentanil tədarükçüsünə çevrilməsini təmin edib. Təşkilat eyni zamanda soyğunçuluq, adam qaçırma, yanacaq oğurluğu və böyük miqyaslı pul yuyulması işlərinə də qarışıb.



Beynəlxalq cinayət şəbəkəsi

CJNG əsasən ABŞ, Avropa və Asiyada beynəlxalq narkotik qaçaqçılığı marşrutları yaradıb. Təşkilat yüksək texnologiya, zirehli nəqliyyat vasitələri və güclü silahlar istifadə edərək əhəmiyyətli logistika və maliyyə qabiliyyətinə malik olduğunu göstərib.

"El Menço"nun 1 nömrəli hədəfə çevrilməsi

"El Menço" ABŞ ən çox axtarılan cinayətkarlar siyahısına daxil edilb. ABŞ onun tutulmasına kömək edəcək məlumat üçün 15 milyon dollara qədər tarixi mükafat təklif edib.



Milli və beynəlxalq təhlükəsizlik üçün təhdid

CJNG-nin fəaliyyəti Meksikada ciddi təhlükəsizlik böhranlarına, zorakılıq dalğalarına və genişmiqyaslı məcburi köçlərə səbəb olub. Bir çox ölkənin hökumətləri təşkilatın təsirini beynəlxalq təhlükəsizlik üçün birbaşa təhdid kimi qiymətləndirib.

CJNG-nin strategiyası

CJNG xüsusilə sintetik narkotiklərə fokuslanıb. Təşkilatın tətbiq etdiyi metodlara körpülərdən asılmış cəsədlər, partlayıcı yüklü pilotsuz uçuş aparatları, ev şəraitində hazırlanmış zirehli avtomobillər və hərbi raketlər daxildir. ABŞ Osequeranı təhlükə səviyyəsinə görə Pablo Eskobar ilə müqayisə edib və tutulması üçün 15 milyon dollar mükafat qoyub. Bu məbləğin "El Çapo" Quzman üçün vəd edilən mükafatla eyni səviyyədə olduğu bildirilir.



59 yaşında olan Osequera Tapalpadakı qarşıdurmada ağır yaralandıqdan sonra helikopterlə paytaxta gətirilərkən həyatını itirib. Rəsmilər əməliyyatın Meksikanın yaxın tarixində narkotik qaçaqçılığına vurulan ən önəmli zərbələrdən biri olduğunu açıqlayıblar.

Aydın
--> -->