"Çelsi"nin sabiq futbolçusu və baş məşqçisi Frenk Lempard İngiltərə ikinci divizionunda (Çempioşip) çıxış edən "Koventri Siti" klubunun başına keçib.
Qaynarinfo "Koventri” klubunun mətbuat xidmətinə
istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssislə 2,5 illik müqavilə bağlanıb.
Lempard yeni komandasının başında ilk matçını şənbə günü, noyabrın 30-da "Kardiff”ə qarşı keçirəcək. "Koventri" Çempionşipdə 17 turdan sonra 17-ci yerdədir.
Frenk Lempard "Çelsi” klubunun və İngiltərə yığmasının ulduzudur. O, London klubunun tarixinin bombardiri (211 qol), Çempionlar Liqasının (2012) və digər turnirlərin qalibidir.
Lempard məşqçilik karyerasına 2018-ci ildə "Derbi Kaunti”yə başçılıq edərək başlayıb. 2019-2021-ci illərdə "Çelsi", 2022-2023-cü illərdə "Everton"u çalışdırıb.
Lempardın son iş yeri 2022/23 mövsümündə "Çelsi"nin müvəqqəti baş məşqçisi olub.
Nizami Bağırov
Şərhlər