Xəbər lenti

Çin alimləri Marsda suyun nə vaxt olduğunu aşkarladı
Dünya 09:34 08.01.2026

Çin alimləri Marsda suyun nə vaxt olduğunu aşkarladı

Çin Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun Çinli alimləri "Zhurong" roveri tərəfindən əldə edilən məlumatları araşdırdıqdan sonra, 750 milyon il əvvəl Marsın dörd metr qalınlığında çöküntü təbəqəsi olan daimi su mühitinə malik olduğunu aşkar ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Xinhua" xəbər agentliyi məlumat verib.

Aparıcı tədqiqatçı Liu Yike qeyd edib ki, çöküntü təbəqəsinin vahid qalınlığı və davamlılığı vulkan püskürmələrinin və ya küləklə idarə olunan proseslərin ehtimalını istisna edir: "Yeganə ağlabatan izahat odur ki, o dövrdə bu ərazi dayaz suya və ya böyük bir gölə bənzər su çöküntü mühitində olub".

Alimlərin araşdırması göstərir ki, Marsda əvvəllər düşünüləndən bir neçə yüz milyon il daha uzun müddət suyun mövcud olduğu ortaya çıxır.

Aydın

--> -->