Çeçenistan Respublikasının keçmiş baş naziri və Qroznı şəhərinin keçmiş meri Müslüm Xuçiyev Rusiyanın təhsil naziri Sergey Kravtsova Darvinin nəzəriyyəsini məktəb dərsliklərindən çıxarmağı təklif edib.
Qaynarinfo xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
"Hamı bilir ki, bu yanlış bir nəzəriyyədir, dinə ziddir", deyə keçmiş baş nazir bildirib.
Xuçiyevin fikrincə, bu, uşaqların mənəvi tənəzzülündə ilk addımdır: "Biz sadəcə bunu aradan qaldıra bilərik".
Onun sözlərinə görə, Darvinin nəzəriyyəsi dini təhsilə ziddir, bütün dinlər bunu tanıyıb.
Bu, təbii seçmə yolu ilə növlərin mənşəyi haqqında ingilis təbiətşünası Çarlz Darvinin 1859-cu ildə nəşr olunmuş təkamül biologiyasına dair əsas əsəridir. Kitab populyasiyaların təbii seçmə prosesi vasitəsilə nəsillər boyu təkamül etdiyi nəzəriyyəsini təqdim edir. Darvin yer üzündəki həyatın müxtəlifliyinin ortaq bir əcdaddan meydana gəldiyinə dair çoxlu sübutlar təqdim edib.
Aydın
Şərhlər