Kaliforniyada artıq altırəqəmli əməkhaqqı belə rifahı təmin etmir.
Qaynarinfo xəbər verir ki, ştatın mənzil departamentinin məlumatına görə, Los-Ancelesdə tək yaşayan və illik gəliri 84 min 850 dollardan az olan şəxs aşağıgəlirli kateqoriyasına daxil edilir. Üç nəfərlik ailə üçün bu hədd 109 min 50 dollar müəyyən olunub.
Buna səbəb yaşayış və mənzil xərclərinin son dərəcə yüksək olmasıdır. Son 12 ildə Los-Ancelesdə aylıq icarəsi 1000 dollardan ucuz olan təxminən 200 min mənzil yoxa çıxıb, bölgədə evlərin orta qiyməti isə 1 milyon dolları ötüb. Oxşar vəziyyət San-Dieqo, Orinc və Santa-Barbara qraflıqlarında da müşahidə olunur. Burada da "aşağı gəlir” həddi illik 92–98 min dollar səviyyəsinə yüksəlib.
Amerikalı maliyyə analitikləri bildirirlər ki, əvvəllər uğur göstəricisi sayılan 100 min dollarlıq illik gəlir indi ABŞ-ın bir çox iri şəhərlərində əsas xərcləri ödəmək üçün yetərli deyil. Ölkənin ən böyük 100 aqlomerasiyasından 25-də bu məbləğ hətta minimal ehtiyacları qarşılamağa çatmır.
Aydın
Şərhlər