ABŞ dövlət katibi Entoni Blinken Qəzza zolağındakı vəziyyəti müzakirə etməyi planlaşdırdığı İsrailə səfər edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat
yayıb.
ABŞ-ın xarici siyasət idarəsinin rəhbərinin İsrailin baş naziri Benyamin Netanyahu, İsrailin müdafiə naziri Yoav Qallant və digər rəsmilərlə danışıqlar aparacağı gözlənilir.
Nəşr hesab edir ki, ABŞ dövlət katibinin səfəri Qəzza zolağında "atəşkəsə nail olmaq üçün yeni təkan” məqsədi daşıyır.
"The Jerusalem Post” yazır: "Blinken Qəzza zolağında sakinlərə əlavə ərzaq, dərman və digər humanitar yardımların çatdırılmasının vacibliyindən danışacaq və girovların azad edilməsini müzakirə edəcək”.
İsraildəki danışıqlardan sonra Blinken İordaniya və Qətərə səfər etmək niyyətindədir.
Oktyabrın 15-də İsrailin "Kanal 12" televiziyası bildirib ki, ABŞ İsrailə yəhudi dövlətinin Qəzza zolağında humanitar böhranın həllinə töhfə vermədiyi təqdirdə silah embarqosu tətbiq etmək ehtimalı barədə xəbərdarlıq edib.
Alpər
Şərhlər