Xəbər lenti

Bir oyunda həm avtoqol vurdu, həm penalti dəf etdi - ÇL-də 3-cü qapıçı...
İdman 12:54 23.10.2024

Bir oyunda həm avtoqol vurdu, həm penalti dəf etdi - ÇL-də 3-cü qapıçı...

"Şaxtyor” Donetskin qapıçısı Dmitri Riznık Çempionlar Liqası tarixində bir oyunda həm avtoqol vurub, həm də penalti dəf edən 3-cü qapıçı olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə statistika portalı "Opta” məlumat yayıb.

Əvvəlki iki hadisə 2014 və 2017-ci illərdə baş verib: belə bir nəticə ilə Roberto Ximenes "Olimpiakos" - "Yuventus" matçında və serb qapıçı Mile Svilar "Benfika" – "Mançester Yunayted" oyununda fərqlənmişdi.

Xatırladaq ki, "Arsenall"a oyunun 29-cu dəqiqəsində Riznık avtoqol vurub, lakin ikinci hissədə o, Leandro Trossarın 11 metrlik zərbəsini dəf edib. Bu, oyunun 77-ci dəqiqəsində baş verib, belçikalı futbolçu sadə şəkildə topu mərkəzə vurub və "mədənçilər"in qapıçısı ayaqlarını uzadaraq zərbəni geri qaytarıb. Oyun "Arsenal"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->