Baş seysmoloq yüksək zəlzələ ehtimalı olan əraziləri açıqladı (VİDEO)
Bakı və Abşeronda seysmik cəhətdən təhlükəli ərazilər var.
Bu fikirləri "Xəzər xəbər"ə açıqlamasında Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Qurban Yetirmişli seysmik ərazidə inşa edildiyi məlum olan bina və fərdi evlərdən də danışıb.
Onun sözlərinə görə, hazırlanan seysmik xəritə hansı zonanın neçə ballıq olması ilə bağlı ümumi təsəvvür yaradır, ehtimal olunan təhlükəli zonaları müəyyən edir.
Baş seysmoloq onu da əlavə edib ki, zəlzələ zamanı təhlükəli hesab olunan ərazilərlə bağlı mütəmadi olaraq təhlillər aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər