Dövlət Gömrük Komitəsi (DGK) keçmiş nazir Füzuli Ələkbərova məxsus "İmprotex Motorts" şirkətini inzibati məsuliyyətə cəlb edib.
Qaynarinfo-nun məlumatına görə, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Bu maddə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 1000 manat, hüquqi şəxslərin 1500 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Elməddin Hüseynov iş üzrə hakim təyin edilib.
"İmprotex Motors" 1991-ci ildən fəaliyyət göstərən "İmprotex" şirkətlər qrupuna daxildir. Şirkət BMW, "Rolls-Royce" və MINI avtomobillərin Azərbaycanda rəsmi idxalçısıdır.
Şirkətin sahibi Füzuli Ələkbərov 2006-2013-cü illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb. O. 2013-cü ildə oğlu Vüqar Ələkbərovun əsas fiqurant olduğu "İsmayıllı hadisələri"ndən sonra işdən çıxarılıb.
Seyid
Şərhlər