Xəbər lenti

ABŞ Rusiya neftinə qarşı “İran” sanksiyaları tətbiq edə bilər
Dünya 15:16 11.12.2024

ABŞ Rusiya neftinə qarşı “İran” sanksiyaları tətbiq edə bilər

ABŞ hakimiyyəti Rusiya neftinin ixracına qarşı sanksiyaları sərtləşdirməyə hazırlaşır və İranın neft sektoruna qarşı əvvəllər tətbiq edilənlərə bənzər tədbirləri nəzərdən keçirir.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatlı mənbələr "Bloomberg”ə bildiriblər.

Onlar bildiriblər ki, prezident Co Bayden sərt məhdudiyyətlərin tətbiqini uzun müddət dayandırıb, çünki o, xüsusilə də prezident seçkiləri ərəfəsində enerji qiymətlərinin kəskin artmasına səbəb olacağından qorxurdu. Lakin indi Ağ Ev qlobal bolluq fonunda neft qiymətlərinin aşağı düşməsi səbəbindən "daha aqressiv fəaliyyətə” hazırdır. Bayden administrasiyası həmçinin yeni seçilmiş prezident Donald Trampın Ukraynanı "Rusiya ilə tez razılaşmağa” məcbur edə biləcəyindən ehtiyat edir.

"Bloomberg” mənbələri deyirlər ki, məhdudiyyətlərin təfərrüatları hələ təsdiqlənməyib. İrana qarşı tətbiq edilən sanksiyaların eynisi Rusiyaya tətbiq olunarsa, ABŞ Rusiya neftinin alıcılarını cəzalandıra biləcək. Lakin Çin, Hindistan və digər böyük dövlətlər Rusiyadan əhəmiyyətli miqdarda yanacaq aldıqları üçün ciddi risklər var. Bu cür tədbirlər neftin qiymətinin sürətlə artmasına, qlobal iqtisadiyyatda və ABŞ tərəfdaşları və rəqibləri ilə münasibətlərdə çətinliklərə gətirib çıxara bilər. Bununla belə, agentliyin həmsöhbətləri vurğuladılar ki, Baydenin komandası, prezidentlik müddəti bitməzdən əvvəl "riskə getməyə daha çox hazırdır”.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->