Asiya İnkişaf Bankı (ADB) Qafqaz və Mərkəzi Asiya subregionu üçün 2024-cü il üçün inflyasiya proqnozunu sentyabr proqnozu ilə müqayisədə 6.9%-dən 6.8%-ə endirib.
"APA-Economics" bu barədə ADB-yə istinadən xəbər verir. Bank 2025-ci il üçün regionun inflyasiya proqnozunu isə 6.2% olaraq saxlayıb.
Qeyd edilib ki, inflyasiya proqnozunun azaldılması Ermənistan, Gürcüstan, Qırğız Respublikası və Tacikistanda aşağı inflyasiyanı əks etdirir.
"Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan üçün inflyasiya proqnozlarında dəyişiklik yoxdur" - ADB əlavə edib.
Qeyd edək ki, ADB bu ilin sentyabr ayında Azərbaycanda orta illik inflyasiya tempinin 2024-cü il üçün 2,1 %, 2025-ci il üçün isə 3,8 % səviyyəsində proqnozlaşdırıb.
Şərhlər