Xəbər lenti

Azərbaycanlı tələbə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu
Ölkə 12:35 11.03.2025

Azərbaycanlı tələbə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu

Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) 2024-cü il məzunu Nəzrin Balayeva ABŞ-nin Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) məlumat yayıb.

Bildirilib ki, o, MIT-in "Maliyyə” ixtisası üzrə magistr səviyyəsində təqaüdlə təhsil almaq hüququ qazanıb:

"Nəzrin Balayeva UNEC-ə 660 balla daxil olub və 99,03 ortalama ilə universiteti bitirib. O, beynəlxalq nüfuzlu Chartered Financial Analyst (CFA) level 1 sertifikasiyanı (ilk 10%-də) qazanan ən gənc tələbə olub. UNEC-də bütün semestrlərdə TOP-15 təqaüdünü qazanıb”.

Qeyd olunub ki, N. Balayeva "SOFAZ Stock Pitch Competition”, "Azerbaijan Business Case Competition (ABCC)” və "Enactus World Cup” yarışmalarının qalibidir:

"Bir çox nüfuzlu xarici və yerli şirkətlərdə təcrübəsi olan Nəzrin Balayeva hazırda "Moonwake Investment” şirkətində biznes analitik kimi çalışır”.
Qeyd edək ki, MIT hazırda və son illər ərzində dünya universitetlərin reytinq siyahısına başçılıq edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->