Xəbər lenti

AZAL Bakı-Tehran-Bakı reysini ləğv etdi
Ölkə 15:33 09.01.2026

AZAL Bakı-Tehran-Bakı reysini ləğv etdi

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırdığı reysi ləğv edib.

Qaynarinfo bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, uçuşun bərpası ilə bağlı əlavə məlumat açıqlanacaq, dərhal sərnişinlər məlumatlandırılacaq.

"AZAL yaranmış narahatlığa görə üzr istəyir və göstərdikləri anlayış və səbirə görə sərnişinlərə təşəkkür edir. Uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir. Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın çağrı mərkəzinə müraciət edə bilərlər: [email protected]", - deyə aviaşirkət bəyan edib.
--> -->