Xəbər lenti

İdman 20:10 23.10.2025

"Atletik"lə oyunda zədələnən "Qarabağ" futbolçusunun vəziyyəti açıqlandı

UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada "Atletik"lə III tur oyununda (1:3) zədələnən "Qarabağ"ın futbolçusu KamiloDuranın son durumu açıqlanıb.

Klubdan  verilən məlumata görə, kolumbiyalı hücumameyilli yarımmüdafiəçinin zədəsi ciddi deyil. Bildirilib ki, oyun vaxtı yüngül spazm olsa da, hazırda hər şey qaydasındadır.

Qeyd edək ki, Kamilo Duran matçın 67-ci dəqiqəsində Aleksey Kaşukla əvəzlənib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->