Xəbər lenti

Foto 22:52 23.10.2025

"National Geographic" 2026-cı ildə ziyarət üçün dünyanın ən yaxşı yerlərini açıqladı (SİYAHI/FOTO)

Dünyaca məşhur "National Geographic” jurnalının illik reytinqinə əsasən, 2026-cı ildə səyahət üçün dünyanın ən yaxşı məkanı kimi İtaliyanın Dolomit dağ silsiləsi seçilib.

Qaynarinfo xəbər verir ki, hər il oktyabr ayında nəşr olunan bu nüfuzlu turizm jurnalı gələn ilin ən cəlbedici 25 istiqamətini təqdim edib. 

2026-cı ilin siyahısında "National Geographic”in tədqiqatçıları, fotoqrafları və redaktorları tərəfindən müxtəlif maraqlara uyğun məkanlar müəyyənləşdirilib. Siyahının zirvəsində İtaliyanın şimal-şərqində yerləşən Dolomit dağları qərarlaşıb.

Bu qərar əsasən, həmin bölgədə – Milan yaxınlığında – 2026-cı ilin fevralında növbəti Qış Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədardır. Bununla belə, mütəxəssislər qeyd edirlər ki, Dolomitləri ilin istənilən vaxtında ziyarət etmək olar. Olimpiya dövründə isə bölgədə turist axını çoxalacağı və qiymətlərin dəfələrlə artacağı gözlənilir.

Siyahıda ikinci yerdə Kanadanın Kvebek vilayəti qərarlaşıb. Burada turistlərə yeni yaradılmış təbiət parklarını ziyarət etmək tövsiyə olunur. Üçüncü pillədə isə Çin paytaxtı Pekin yer alıb – reytinq müəlliflərinin fikrincə, buraya səfər edənlər unudulmaz tarixi və mədəni təcrübə yaşayacaqlar.

2026-cı ildə səyahət üçün dünyanın 25 ən yaxşı məkanı:

1. Dolomit dağları, Milan, İtaliya
2. Kvebek, Kanada
3. Pekin, Çin
4. Dominika
5. Rabat, Mərakeş
6. Hall, Yorkşir, İngiltərə
7. Badlends, Şimali Dakota, ABŞ
8. Manila, Filippin
9. Qara dəniz sahili, Türkiyə
10. Xivə, Özbəkistan
11. Akagera milli parkı, Ruanda, Şərqi Afrika
12. Vankuver, Britaniya Kolumbiyası, Kanada
13. Yamaqata prefekturası, Yaponiya
14. 66-cı marşrut, Oklahoma, ABŞ
15. Uluru-Kata Tjuta milli parkı, Avstraliya
16. Rio-de-Janeyro, Braziliya
17. Oulu, Finlandiya
18. Cənubi Koreya
19. Gimaraynş, Portuqaliya
20. Bask ölkəsi, İspaniya
21. Maui, Havay, ABŞ
22. Pittsburq, Pensilvaniya, ABŞ
23. Oaxaka sahili (Kosta Çika), Meksika
24. Fidci
25. Medellin, Kolumbiya

Bununla yanaşı, "National Geographic” oxucularının səsverməsinə görə 2026-cı ilin ən cəlbedici istiqaməti Kanadada yerləşən Banff qəsəbəsi seçilib. Bu məkan öz möhtəşəm dağ mənzərələri, qayalıqları və mavi gölləri ilə tanınır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->