Xəbər lenti

Azərbaycanda satılan türk dərmanları niyə Türkiyənin özündə yoxdur?
Sağlamlıq 19:06 23.10.2025

Azərbaycanda satılan türk dərmanları niyə Türkiyənin özündə yoxdur?

Azərbaycan apteklərində Türkiyə istehsalı olan saysız-hesabsız dərman maddələri satılır. Araşdıranda baxırsan ki, Azərbaycanda Türkiyə istehsalı kimi xəstəyə yazılan həmin bu dərmanların heç biri onların apteklərində satışda yoxdur.

Diqqət çəkən də məhz bu məsələdir. İstanbulda olarkən soydaşlarımızdan Türkiyə apteklərindən həmin dərman preparatları ilə bağlı məlumat almaq istədikdə əczaçılar bildirib ki: "Bu dərman ancaq Azərbaycan üçün istehsal edilib".

Dərmanların saxta və keyfiyyətsiz olması ilə bağlı iddialar da buna söykənir. 
 
Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, ümumiyyətlə, istəlinən bir dərman preparatı hansı ölkədə istehsal olunursa, həmin ölkədəki zavod ona görə məsuliyyət daşıyır:



"Məsələn, bu dərman Azərbaycan yaxud da başqa bir ölkə üçün istehsal olunur və s. kimi bir şey yoxdur. Eyni zamanda başqa ölkə üçün idxal olunan dərmanların üzərində və içərisində həmin ölkənin dilində onunla bağlı məlumat kitabçası olur, bunlar qutuya yerləşdirilir. Bizim də Türkiyə ilə dillərimiz eynidir. Eyni millətik, amma istəlinən halda dərmanın üzərində onun Türkiyədə istehsal oldunduğu yerin adı, haqqında məlumat olmalıdır. Çünki istehsalçı zavod onun keyfiyyətinə görə məsuliyyət daşıyır. Qayda budur".

Adil Qeybulla hesab edir ki, yuxarıda deyilənlər dərmanların üzərində yoxdursa, həmin dərmanın keyfiyyətində problem var.

Bahar Rüstəmli


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->