Xəbər lenti

İdman 14:39 23.10.2025

"Qarabağ"ın oyunçusu futbol tarixinə düşdü - Unikal göstərici

"Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade böyük Avropa futbol turnirlərinin tarixində unikal uğura imza atıb.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Kabo-Verdelii futbolçu üç fərqli oyunda — "Hakken” (2023-cü il dekabr), FKSB (2025-ci il yanvar) və "Atletik Bilbao”ya qarşı matçlarda — hər birində 1-ci dəqiqədə qol vurmaqla tarixə düşüb.

Bu nəticə ilə Andrade Avropa turnirlərində üç fərqli oyunda ilk dəqiqədə qol vuran ilk futbolçu kimi adını futbol tarixinə yazdırıb.

Dekabr 2023 – "Qarabağ” - "Hekken” – UEFA Avropa Liqasının qrup mərhələsi
Yanvar 2025 – "Qarabağ” - FKSB – UEFA Avropa Liqasının Liqa mərhələsi
Oktyabr 2025 – "Qarabağ” - "Atletik” – UEFA Çempionlar Liqasının Liqa mərhələsi

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->