Dövlət Turizm Agentliyinə yeni aparat rəhbəri təyin edilib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.
Aparat rəhbəri postuna Əliyev Kənan Firdovsi oğlu gətirilib. K.Əliyev hazırki təyinatadək Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (UN Tourism) İspaniyanın Madrid şəhərindəki Baş ofisində işləyib.
Qeyd edək ki, K.Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevin oğludur.
Şərhlər