Xəbər lenti

Həmin hadisəyə görə məhkəməlik oldular - Vatsapda ikisi də nalayiq danışıb...
İdman 10:08 23.10.2025

Həmin hadisəyə görə məhkəməlik oldular - Vatsapda ikisi də nalayiq danışıb...

Cüdo üzrə gənclərdən ibarət millimizin üzvü Aslan Kotsoyev komanda yoldaşı Tuncay Şamili məhkəməyə verib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Kotsoyev iddia edib ki, Şamil onu təhqir edib və bu səbəbdən onun 6 aylıq həbs edilməsini istəyir.

Şikayət ərizəsində yazılıb ki, hadisə təxminən iki ay əvvəl, millinin Şimali Makedoniyaya səfəri zamanı baş verib. İdmançılar arasında yaranan mübahisə vatsap yazışması zamanı böyüyüb və Tuncay Aslanı təhqir edib. Eyni gündə tərəflər hava limanında üz-üzə gəlib və mübahisə digər komanda üzvlərinin gözü qarşısında davam edib.

Gənclər arasında Avropa ikincisi olan Aslan Kotsoyev iddia edir ki, həmin vaxt Şamil ona digərlərinin eşidəcəyi şəkildə nalayiq sözlər deyib. İdmançı bu hərəkətləri şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirərək Şamilin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edib.

Lakin məhkəmədə çıxışlar dinlənildikdən, sübutlara baxıldıqdan sonra Kotsoyevin şikayətinin əsassız olduğu qənaətinə gəlinib. Hakim bəyan edib ki, vatsapdakı yazışmalarda idmançılar ikisi də bir-birinə qarşı nalayiq sözlər işlədiblər. Hava limanında baş verənlərlə bağlı isə heç bir sübut təqdim edilməyib. Bu əsaslarla Tuncay Şamilin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı şikayət icraata qəbul edilməyib.

Qeyd edək ki, daha əvvəl T.Şamil elə bu insidentə görə millidən uzaqlaşdırılmışdı. Amma idmançı bu qərarı qərəzli hesab edib. O iddia edib ki, A.Kotsoyevin Olimpiya çempionu Zelim Kotsoyevin qardaşı olması ona üstünlük yaradıb, federasiya rəsmiləri isə təqsiri olmadığı halda onu komandadan uzaqlaşdırıb.


Zelim Kotsayev

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->