Xəbər lenti

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətiriləcək
Ölkə 20:27 23.10.2025

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətiriləcək

"Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında təslim etmə haqqında” 21 fevral 1998-ci il tarixli Müqavilənin tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Hüseynov Ülvi Rafik oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti İranın səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Bu haqda  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Ülvi Hüseynovun oğurluq cinayət əməli törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib.

Təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən zəruri tədbirlər görülür.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->