Xalq artisti Naibə Allahverdiyeva tamaşaçılarının qarşısına yeni rolu ilə çıxacaq.
Bu barədə Qaynarinfo-ya aktrisanın özü məlumat verib.
Xalq artisti, rejissor Faiq Nağıyevin yeni ekran əsəri olan "Vita-Min” filmində yer alıb:
"Komediya janrında olan filmdə ana obrazını canlandırıram. Hazırda çəkilişlər gedir. Ümid edirəm ki, film tamaşaçıların xoşuna gələcək”.
Şəxsi həyatında yeniliklərə gəlincə, aktrisa hər şeyin qaydasında və axarında getdiyini bildirib:
"Aktrisanın həyatı onun yaradıcılığı və oynadığı rollardır. Mən onların hər birində həyat yaşayıram, obrazımı özüm qədər sevirəm. O ki qaldı şəxsi həyatıma, bu barədə özümə bir söz vermişəm. Daha doğrusu, tövbə etmişəm, şəxsi həyatımla bağlı bir kəlmə də danışmayacağam”.
Bahar Rüstəmli
Şərhlər