Xəbər lenti

Amerikalılar Harri və Meqanı II Elizabetə görə sevmir
Dünya 15:20 31.12.2024

Amerikalılar Harri və Meqanı II Elizabetə görə sevmir

Amerikalılar şahzadə Harri və onun həyat yoldaşı Meqan Markla qarşı mənfi münasibətdədirlər. Bu, əsasən mərhum kraliça II Elizabetə münasibətlə əlaqələndirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazır.

"Majesty" jurnalının baş redaktoru və kral tərcümeyi-halçısı İnqrid Sueard qeyd edib ki, amerikalılar Harri və Meqanı "kraliçanı məyus etdiklərinə görə" sevmirlər.

2020-ci ildə Sasseks hersoqları kral ailəsinin rəsmi vəzifələrindən imtina edərək ABŞ-a köçüblər. O vaxtdan bəri cütlük kral ailəsini bir neçə dəfə çıxışlarında, müsahibələrdə və xatirələrdə tənqid edib.

Bu ilin aprelində məlum olub ki, şahzadə Harri Böyük Britaniya ilə əlaqələrini kəsib. Registirləmə Palatası tərəfindən dərc edilən sənədlərdə kral III Karlın kiçik oğlunun yeni yaşayış yerinin ABŞ olduğu qeyd edilib.

Dekabr ayının əvvəlində şahzadə Harri "DealBook 2024" sammitində çıxışında, həyat yoldaşı Meqan və uşaqları ilə birlikdə Böyük Britaniyaya qayıtmağı planlaşdırmadıqlarını bildirib. Harri qeyd edib ki, təhlükəsizlik məqsədilə ABŞ-da qalmaq qərarına gəliblər. O əlavə edib ki, oğlu Arçi və qızı Lilibetlə birlikdə Böyük Britaniyada "edə bilməyəcəyi şeylər" var.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->