Xəbər lenti

Alp buzlaqları əriyir: İsveçrə böyüyür, İtaliya kiçilir...
Dünya 21:59 10.12.2024

Alp buzlaqları əriyir: İsveçrə böyüyür, İtaliya kiçilir...

Kolumbiya Universitetinin amerikalı alimləri belə qənaətə gəliblər ki, İtaliya ilə İsveçrə arasında dövlət sərhədinin Alp dağlarında yerləşən hissəsi dağ buzlaqlarının əriməsi səbəbindən yerini dəyişib. 

Qaynarinfo xəbər verir ki, tədqiqat Kolumbiya Universitetinin İqlim Məktəbinin (CCS) saytında dərc olunub.

Söhbət ən yüksək Alp zirvələrindən biri olan Matterhorn zirvəsindəki buzlaqlardan gedir. Onlar uzun onilliklər ərzində iki ölkə arasında təbii sərhəd rolunu oynayıb. Lakin son illərdə qlobal istiləşmə ilə əlaqədar buzlar İtaliyaya doğru sürüşüb.

Qeyri-dəqiqliyi aradan qaldırmaq üçün İtaliya və İsveçrə dövlət sərhədini tənzimləməyə razılaşıblar.

Alimlərin fikrincə, hər iki ölkənin sakinlərini daha çox ərazi məsələsi deyil, əbədi buzlaqların əriməsi və qar örtüyünün itirilməsi narahat edir. Bu proseslər dağlıq ərazilərin əhalisini təhdid edən sürüşmələrə səbəb olur.

Son dəyişiklik Alp ölkələrinin təbii sərhədlərdəki dəyişiklikləri əks etdirmək üçün sərhədlərini yenidən cızmaq məcburiyyətində qaldıqları ilk hadisə deyil. 2006-cı ildə İtaliya və Avstriya bir vaxtlar sabit hesab edilən qar sahələrini və buzlaqları müəyyən edən dəyişikliklərə uyğunlaşmaq üçün hərəkət edən sərhəd haqqında saziş imzalayıblar.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->