Ağcəbədidə işə qəbul və "komissiyadan keçirmə" adı ilə vətəndaşı aldadaraq pul ələ keçirməkdə təqsirləndirilən İ.Haxverdiyevə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, İ.Haxverdiyev Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsi ilə təqsirli bilinib və 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İttihama görə, təqsirləndirilən şəxs zərəçəkmişi mülki mühafizəçi vəzifəsinə işə düzəltmək vədini verərək ondan pul alıb. O, əvvəlcə 1550 manat məbləği nağd şəkildə əldə edib. Daha sonra isə işə qəbul komissiyasından keçirmə adı ilə əlavə 500 manatın "PashaPay” ödəmə terminalı vasitəsilə özünə məxsus bank kartına köçürülməsinə nail olub.
Beləliklə, təqsirləndirilən şəxs ümumilikdə 2050 manat məbləğində pulu ələ keçirərək vədini yerinə yetirməyib və vəsaiti şəxsi ehtiyaclarına sərf edib.
Məhkəmədə Haxverdiyev İslam Cəfərağa oğlu ona qarşı irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilib.
Seyid
Şərhlər