Xəbər lenti

Zorlamada ittiham olundu, psixoloji problemləri yarandı- Millidən imtina etdi
İdman 19:40 09.11.2024

Zorlamada ittiham olundu, psixoloji problemləri yarandı- Millidən imtina etdi

"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe İsveçə səfərindən sonra zorlama ittihamı ilə üzləşdikdən sonra psixoloji problemlər yaşayır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Get French Football News" yazıb.

"Real Madrid"ə yaxın mənbələr fransız futbolçunun psixoloji problemlərlə mübarizə apardığını bildirib. O, İspaniya klubunda uğursuz çıxış etdiyinə görə də tənqid olunub, lakin buna baxmayaraq "Real Madrid"də xoşbəxtdir.

"Get French Football News" həmçinin yazıb ki, Mbappe artıq Fransa millisində oynamaq istəmir. Nəşrin mənbəsi iddia edir ki, futbolçunun baş məşqçi Didye Deşamla münasibətləri gərgindir. Qeyd olunur ki, Mbappenin hazırkı məşqçinin sükan arxasında olduğu müddətdə millidə oynaması ehtimalı azdır.

Oktyabrın 15-də KİV Mbappenin Stokholmdakı oteldə qadını zorlamaqda şübhəli bilindiyini yazıb. Futbolçunun cinayət işində statusu "əsaslı şübhəli" kimi qeyd olunub ki, bu da şübhənin ən aşağı səviyyəsinə uyğundur. Mbappe özü bu ittihamları saxta adlandırıb.

Oktyabrın 17-də Mbappenin səfəri zamanı bir qadınla cinsi əlaqədə olduğu bildirilib. Lakin onunla bu razılıq əsasında əlaqə quran qadının və onu zorlamada ittiham edən qadının eyni şəxs olduğunu göstərən heç nə yoxdur.

Futbolçu zədə səbəbindən Fransa millisinin Millətlər Liqasında oktyabrdakı oyunlarını buraxıb. Fransanın İsraillə oyunu günü o, Stokholm gecə klublarından birindən şəkil paylaşıb.

Mbappe ilə "Real Madrid" arasında müqavilənin imzalanması iyunun 3-də rəsmən açıqlanıb. Hücumçu İspaniya nəhənginə azad agent kimi keçib. Bundan əvvəl forvard PSJ-də çıxış edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->