Xəbər lenti

Xalq artistinin Qarabağ veteranı olan qardaşı vəfat etdi
Ölkə 12:22 26.01.2024

Xalq artistinin Qarabağ veteranı olan qardaşı vəfat etdi

Xalq artisti Nəzakət Teymurovaya ağır itki üz verib.

Qaynarinfo-ya daxil olan məlumata görə, Xalq artistinin 57 yaşlı qardaşı dünyasını dəyişib. 

Məlumatda deyilir ki, mərhum Qarabağ qazisi olub və I Qarabağ müharibəsində iştirak edib.

Nəzakət Teymurova Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib. Xanəndə bildirib ki, qardaşı onkoloji xəstəlikdən əziyyət çəkirmiş:

"Qardaşım ailəli idi. 57 yaş nədir ki.. Çox əziyyətlər çəkdi".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->