Xəbər lenti

Xalq artistindən Kəmaləyə cavab:
Maqazin 13:50 07.03.2026

Xalq artistindən Kəmaləyə cavab: "Fikir vermirəm, xəstədir"

"Mən nə qədər qoca olsam da, min cavana dəyərəm”.
 
Bunu Cavan Zeynallı Qaynarinfo-ya açıqlamasında müğənni Kəmalə Günəşlinin onunla bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirərkən deyib.

Xalq artisti qarşı tərəfin səhhətində problem olduğunu bildirib:
 
"Onun dediklərinə fikir vermirəm, xəstədir. Yaşın nə fərqi var? Cavanlıqda necə idimsə, indi də eləyəm. Səhhətim əladır, səsimi qoruyuram, özümə diqqət edirəm”. 

Xalq artisti efirlərə bəzi toy müğənnilərinin çıxışına qoyulan qadağa qərarını da alqışladığını bildirib: 

"Toy müğənnilərinin efirlərə qadağası barədə eşitdim, qərarı dəstəkləyirəm. Onlar sənətkar deyil, müxtəlif yollarla efirə daraşıblar. Efir sənət üçündür. Hamı sənətkarı sevir. Elə məni də sevirlər”. 

Xatırladaq ki, müğənni Kəmalə Günəşli gənclərin Xalq artisti Cavan Zeynallını tanımadığını bildirib: 

"Gənc nəsil məcburdur Cavan Zeynallıya baxmağa? Cavanlar onu tanımır. 90 yaşında Cavan Zeynallını oturtmusunuz orada, əli əsə-əsə. 20 ilin lentini gətirib efirdə oxuyur”. 

Bahar Rüstəmli
--> -->