Xəbər lenti

Vüqar Əhmədov Şirvanda vətəndaşları qəbul etdi
Ekonomiks 18:35 03.09.2025

Vüqar Əhmədov Şirvanda vətəndaşları qəbul etdi

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov bu gün Şirvan şəhərində vətəndaşları qəbul edib.

Qaynarinfo bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Qəbulda Şirvan və Hacıqabul rayonlarından olan sakinlər iştirak edib. 

Qəbulda qurumun fəaliyyətinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib. 

"Azərişıq" bölgələrdə vətəndaşlarla görüşlər keçirir, onların təklif və tövsiyələrini dinləyir. Məqsəd abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->