Xəbər lenti

Urmiya gölü tarixinin ən kritik mərhələsindədir: Çatlamış yatağında köçəri quşlar məskən salıb
Dünya 18:27 20.11.2025

Urmiya gölü tarixinin ən kritik mərhələsindədir: Çatlamış yatağında köçəri quşlar məskən salıb

İranda Urmiya gölünün əsas hissəsi tamamilə quru vəziyyətdə qalır.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Bir vaxtlar dünyanın ən böyük duzlu göllərindən biri olan Urmiya gölünün duzlu, çatlamış yatağında köçəri quşlar məskən salıb. Bununla bağlı yeni görüntülər də yayılıb.

Mütəxəssislərin fikrincə, rekord səviyyədə az yağıntı, su hövzələrində çox sayda bəndin tikintisi, yeraltı suların həddindən artıq istifadəsi və illərlə davam edən səmərəsiz idarəetmə gölün həcmini tarixi minimuma endirib.

Ekofəallar xəbərdarlıq edirlər ki, vəziyyət dəyişməsə, bölgədə duz qasırğalarının artması, kənd təsərrüfatı sahələrinin sıradan çıxması və yerli əhalinin məcburi köçü kimi ciddi ekoloji və sosial nəticələr qaçılmaz olacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->