Xəbər lenti

Keti Perri ilə sabiq baş nazirin sevgi münasibəti - Yeni detallar açıqlandı
Maqazin 17:47 20.11.2025

Keti Perri ilə sabiq baş nazirin sevgi münasibəti - Yeni detallar açıqlandı

Aktrisa Keti Perri ilə siyasətçi Castin Trüdo arasındakı münasibətlər sürətlə inkişaf edir. Cütlüyə yaxın mənbələrin bildirdiyinə görə, Kanadanın sabiq baş naziri məşhur müğənni ilə vaxt keçirmək üçün əlindən gələni edir.

Qaynarinfo xəbər verir ki, "People" nəşrinə danışan mənbələrin məlumatına görə, Trüdo Perri üçün həyatının çox doğru zamanında peyda olub. Onlar demək olar bütün boş vaxtlarını birlikdə keçirir və münasibət artıq xüsusi bir mərhələyə çatıb:

"Castin onunla görüşmək üçün bütün səylərini göstərir və bu, Keti üçün xoşdur. Onunla vaxt çox əyləncəli keçir. Hazırda ona məhz bu lazımdır".

Bir ay əvvəl Keti Perrinin 41 yaş günündə də Trüdo iştirak edib. Cütlük məclisdən əl-ələ tutaraq ayrılarkən görüntülənib. Məhz həmin vaxt paparatsilər onları ilk dəfə birlikdə görüb.

Qeyd edilir ki, hər iki məşhur yaxın vaxtlarda boşanma mərhələsindən keçib. Perri uzun illər aktyor Orliando Blum ilə münasibətdə olub və onların ortaq qızı var.

Trüdo isə 2023-cü ildə həyat yoldaşı Sofi Qrequar ilə çətin ayrılıq yaşayıb. Qrequar ötən günlərdə keçmiş ərinin yeni münasibəti barədə emosional açıqlama verərək bildirib ki, xəbəri qəbul etmək onun üçün ağır olub, lakin üç ortaq övladları naminə Castinlə münasibəti dəstəkləməyə çalışır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->