Xəbər lenti

Tramp Donbası Ukraynada saxlayıb, Rusiyaya kirayə verir… - Kiyev buna gedəcəkmi?
Dünya 15:05 20.11.2025

Tramp Donbası Ukraynada saxlayıb, Rusiyaya kirayə verir… - Kiyev buna gedəcəkmi?

"Müharibə nəticəsində tərəflərdən birinin digərinə öz ərazisinin müəyyən hissəsini kirayəyə verməsi təcrübəsi var. Məsələn, XIX əsrdə Çinlə bağlı belə olub. Müəyyən razılaşdırılmış məbləğ kontekstində bu cür təcrübələr ola bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri ABŞ prezidenti Donald Trampın 28 bəndlik yeni "sülh planı”nda Ukraynanın mülkiyyət hüququnu qoruması şərtilə Donbasın nəzarətdə saxladığı hissəsini Rusiyaya kirayə verməsi bəndilə bağlı dünya təcrübəsinin olub-olmadığından danışarkən deyib.

Ancaq ekspertə görə, planın bu hissəsinin tətbiqi nə Zelenski, nə də Ukrayna xalqı tərəfindən qəbul olunacaq:

"Çünki kirayə kontekstində mütləq mənada Ukraynaya nəsə vəd etməlidirlər. Ən azından böyük məbləğlər. Rusiyanın böyük məbləğ ödəməyə razı olması da sual altındadır. Hətta onlar razı olsa da, Ukrayna xalqı bunu qətiyyən qəbul etməyəcək. Bu cür qondarma məsələ ilə ortaya çıxıb, müharibəni bitirməklə Nobel mükafatına layiq olmaq ciddi qəbul edilə bilməz”. 
 


Politooq qeyd edir ki, Donetskin işğal edilməyən ərazisinin Moskvaya kirayə verilməsi məsələsi əslində geosiyasi perspektivdə nəzərdə tutulan daha böyük planların mövcudluğundan xəbər verir:

"Rusiya min kvadrat kilometr yol gedərək, bir bəni-insana rast gəlinməyən ucsuz-bucaqsız ərazilərdən ibarətdir. Bu da onu göstərir ki, rusların əlavə torpaqlara ehtiyacı yoxdur. 

Donetskin yüksək zirvələrə malik Pokrovsk, Mirnoqrad və Konstantinovka şəhərləri Ukrayna üçün bir qaladır. Bu yüksəkliklərin Moskvaya verilməsi isə perspektivdə Rusiya ordusu üçün digər vilayətləri işğal etməyə əlverişli imkan yaradacaq. Ukrayna və onun xalqı döyüşmədən öz torpağını Rusiyaya verməyəcək. Zelenski də bu sənədə imza ata bilməz. Çünki imza atsa, aqibətinin onun üçün ağır olacağını anlayır”.

N. Miri deyir ki, burada növbəti böyük oyun gedir: 

"Putin Trampa iki aya, yəni bu ilin sentyabrın 2-nə kimi Donbası tamamilə işğal edəcəyini bildirib. Ona görə də həmin vaxt mahiyyətini açmadan Tramp 60 günlük fasilədən danışmışdı. Amma buna nail ola bilmədilər. Ardınca həmin tarix oktyabrın 2-nə qədər uzadıldı. Həmin tarixdə də Rusiya Donbası tam tutmaq istəyətinə nail olmadı. Putin ordu qarşısında son tarix olaraq noyabrın 21-ni göstərdi. Bu vaxt da özünü doğrultmur. Bəzi məlumatlara görə, artıq bu tarix növbəti yaz-yay aylarına ertələnib”. 

Ekspert faktlara əssən qeyd edir ki, Rusiya Donbası öz gücü ilə ala bilmir və ona görə də Trampın hesabına ərazinin qalan hissəsini də ələ keçirməyə çalışır: 
"Cəbhədə paritet mövcuddursa, deməli, Kiyev heç bir halda güzəştə getməyəcək. Belə bir planla atəşkəs, sülh bərqərar olmayacaq. Zelenski planı Avropa liderləri də müzakirə edəcək və onu qəbul etməyəcək”.

Qeyd edək ki, "The Telegraph” nəşri ABŞ-ın Ukrayna məsələsilə bağlı yeni "sülh planı”nda ağlagəlməz bəndin olduğunu üzə çıxarıb. 

Nəşrin yazdığına görə, ABŞ-ın Rusiyanın iştirakı ilə hazırladığı 28 bəndlik "sülh planı”na əsasən, Ukrayna Donbasın nəzarətdə saxladığı hissəsini Rusiya tərəfinə kirayə verəcək, lakin mülkiyyət hüququnu özündə saxlayacaq. Mənbələrə görə, Rusiya kirayə haqqı ödəyəcək, amma məbləğin miqdarı açıqlanmır. 

Rüfət Sultan


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->