Xəbər lenti

Trampla görüşdü, prezidentliyə namizədliyini açıqladı
Dünya 14:30 21.03.2025

Trampla görüşdü, prezidentliyə namizədliyini açıqladı

UFC döyüşçüsü Konor Makqreqor İrlandiya prezidentliyinə namizədliyini rəsmən elan edərək, ölkənin maraqlarını, xüsusilə miqrasiya məsələlərində müdafiə edəcəyinə söz verib. 

Qayanrinfo "The Hill"ə istinadən xəbər verir ki, o, bu barədə cümə axşamı Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşdən az sonra açıqlama verib.

Makqreqor sərhəd nəzarəti prosedurlarını sadələşdirmək və Avropa İttifaqı daxilində sığınacaq verilməsini sürətləndirmək məqsədi daşıyan Avropa Miqrasiya Paktı əleyhinə namizəd kimi iştirak etmək qərarına gəlib.

"Növbəti prezident seçkiləri 2025-ci il noyabrın 11-nə qədər olacaq. Daha kimlər hökumətə və bu qanun layihəsinə qarşı çıxacaq? Onların irəli sürməyə çalışdıqları başqa prezidentliyə namizəd onlara qarşı çıxmayacaq. Bunu mən edəcəm!", deyə o, cümə axşamı X platformasında yazıb.

Konor həmçinin paktın həyata keçirilməsi məsələsinin yalnız Oireaçtas və prezident tərəfindən təsdiqlənməsi əvəzinə, referenduma çıxarılmasını təklif edib:

"Prezident kimi mən bu qanun layihəsini referenduma çıxarardım. Bu paktın qəti əleyhinə olsam da, bu, mənim və ya hökumətin seçimi deyil. Bu, İrlandiya xalqının seçimi olmalıdır. Bu, əsl demokratiyadır! Mən də bizim hökumət rəsmilərinin bu paktla bu qədər həvəslə razılaşdıqlarını eşitməkdə maraqlı olardım. Müzakirələri eşitmək istərdim! Sonra səsvermə!".

Makqreqor heç vaxt siyasi vəzifə tutmasa da, bazar ertəsi onu Oval kabinetdə qəbul edən və birgə fotosessiyalarda iştirak edən Trampın rəğbətini qazanıb. UFC rekordçusu siyasi mübarizə naminə döyüşə qayıtmasını təxirə salmaq qərarına gəlib:

"İrlandiya, seçim sənindir və bu, asan seçimdir. Mənə öz prezidentin kimi səs ver və biz İrlandiyanı BİRLİKDƏ xilas edəcəyik".

Hələ sentyabr ayında döyüşçü, ölkənin idarəetmə sistemini dəyişdirmək və parlamentin aşağı palatası Dail Eireannın səlahiyyətlərini şübhə altına almaq istədiyini bildirərək, seçkilərdə mümkün iştiraka eyham vurmuşdu.

"Prezident kimi mənim Daili çağırmaq və həmçinin onu ləğv etmək səlahiyyətim var. Bu, Prezident kimi mənim səlahiyyətim olardı. Mən çox yaxşı bilirəm. İrlandiyaya İrlandiya xalqı ilə tam əlaqədə olan fəal Prezident lazımdır. Bu mənəm. Yeganə məntiqi seçim mənəm. 2025-ci il yaxınlaşır", deyə o əlavə edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->