ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniya ilə birlikdə Roma Papası Fransiskin dəfn mərasimində iştirak edəcəyini açıqlayıb.
"Report” xəbər verir ki, bu barədə siyasətçi "Truth Social”da paylaşım edib.
"Melaniya və mən Papa Fransiskin dəfn mərasiminə Romaya gedəcəyik”, – ABŞ lideri yazıb.
Daha əvvəl "The New York Post” qəzeti ABŞ Prezidentinin qrafiki ilə tanış olan mənbələrə istinadən bildirmişdi ki, Trampın pontifikin dəfn mərasimində iştirak etmək üçün Vatikana gələcəyi gözlənilir. Trampın özü əvvəllər jurnalistlərə dəfn mərasimində iştirak edib-etməyəcəyini söyləməkdə çətinlik çəkmişdi.
2013-cü ildən, sələfi XVI Benediktin (1927-2022) istefasından sonra, Roma Katolik Kilsəsinə başçılıq edən Fransisk aprelin 21-də 89-cu yaşında vəfat edib. Onunla vidalaşma mərasimi Müqəddəs Pyotr kilsəsində keçirilməlidir. Tədbir ölüm günündən dörd ilə altı gün arasında baş tutmalıdır. Dəqiq tarix kardinallar tərəfindən çərşənbə axşamı müəyyən ediləcək.
Şərhlər