Xəbər lenti

Vatikan Roma Papası Fransiskin vəsiyyətini dərc etdi – Mətn
Dünya 10:36 22.04.2025

Vatikan Roma Papası Fransiskin vəsiyyətini dərc etdi – Mətn

Vatikan Roma Papası Fransiskin ruhani vəsiyyətini dərc edib. Vəsiyyətnamədə pontifik bildirib ki, o, "həmişə özünü Məryəm Anaya həvalə edib” və son illərdəki iztirablarını "dünyada sülh naminə” Allaha qurban verib.

Qaynarinfo xəbər verir ki, vəsiyyətnamə Vatican News saytında yerləşdirilib.

"Sanki yer üzündəki həyatımın qürubunun yaxınlaşdığını hiss edərək və Əbədi Həyata canlı ümidlə, yalnız dəfn yerimlə bağlı arzum kimi vəsiyyətimi ifadə etmək istəyirəm”, – sənəddə belə deyilir.

Papa qeyd edib ki, həyatını və xidmətini daim Müqəddəs Məryəmə həvalə edib: 
"Ona görə də xahiş edirəm ki, mənim cismani qalıqlarım Dirilmə Gününü gözləmək üçün Müqəddəs Məryəm Papalıq Bazilikasında yerləşdirilsin”, – sənəddə vurğulanır.

Pontifik arzulayıb ki, "yer üzündəki son səfəri” həmin qədim Məryəm ziyarətgahında başa çatsın, çünki xarici səfərlərinin əvvəlində və sonunda orada dua etmək üçün gedirmiş.

"Sözügedən Papalıq bazilikasında Pavelin ibadətgahı ilə Sforka ibadətgahı arasında yan nef hissəsindəki nişdə mənim üçün qəbir hazırlanmasını xahiş edirəm. Qəbir torpaqda olsun; sadə, xüsusi bəzəksiz və yalnız bir yazı ilə: "Franciscus”, – sənəddə qeyd olunur.

Bundan əlavə, Fransisk vurğulayıb ki, dəfnin təşkili ilə bağlı xərclər o, San-Mariya-Madkior Bazilikasına verməyi vəsiyyət etdiyi ianə hesabına ödənilməlidir.

"Qoy Rəbb məni sevənlərə və mənim üçün dua etməyi dayandırmayanlara layiq olduqları mükafatı versin. Həyatımın son dönəmində mənə qismət olmuş iztirabları mən Rəbbə dünya sülhü və xalqlar arasında qardaşlıq naminə bağışlayıram”, – Fransiskin vəsiyyətində yazılıb.

Fransisk bu vəsiyyəti 2022-ci il iyunun 29-da yazıb.

Xatırladaq ki, pontifik Pasxa Bazar ertəsi günü səhər saat 7:35-də 88 yaşında vəfat edib.

Fransisk 2013-cü ildən Roma Papası idi.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->