Xəbər lenti

Tramp Bayden dövründə Ukraynaya tətbiq olunmuş bütün yasaqları ləğv edəcək... - KP
Dünya 17:35 27.05.2025

Tramp Bayden dövründə Ukraynaya tətbiq olunmuş bütün yasaqları ləğv edəcək... - KP

ABŞ hələ də prezident Co Baydenin dövründə Ukraynanın hərbi əməliyyatlarına qoyduğu bütün məhdudiyyətləri tam aradan qaldırmayıb. Lakin sabiq prezident Donald Tramp bu məhdudiyyətlərin tamamilə ləğvini "ciddi şəkildə nəzərdən keçirir”.

Qaynarinfo xəbər verir ki, bu barədə "Kyiv Post” nəşrinə iki yüksək səviyyəli Qərb rəsmisi bildirib.

"Əvvəllər tətbiq olunmuş bütün məhdudiyyətlər — istər artıq yumşaldılmış olsun, istərsə də qalmaqda davam etsin — hazırda yenidən nəzərdən keçirilir, çünki Tramp düşünür ki, mövcud status-kvo Rusiyanı danışıqlara məcbur etmək üçün ümumi maraqlara cavab vermir”, – deyə rəsmilərdən biri qeyd edib. O, əlavə təfərrüat təqdim etməyib.

Məlumata görə, Trampın Rusiyaya təzyiqlərlə bağlı yekun qərarı və Ukraynaya dəstəyin növbəti mərhələsi bu həftə Vaşinqtonda Almaniya rəsmiləri ilə keçiriləcək görüşlərdə müzakirə olunacaq.

Mənbənin sözlərinə görə, Almaniyanın xarici işlər naziri Yohann Vadeful yaxın günlərdə ABŞ paytaxtına səfər edəcək. Vadeful bəyan edib ki, Avropa artıq Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır. "Qərbin reaksiyası olacaq və düşünürəm ki, bu reaksiyaya Amerika Birləşmiş Ştatları da qoşulacaq”, – deyə o bildirib.

Rusiya və Ukrayna üzrə ekspert Xorxe Rivero isə qeyd edir ki, Ukraynanın uzaqmənzilli silahlardan istifadə məhdudiyyətlərinin yumşaldılması, müharibənin əməliyyat və strateji müstəvisində dönüş nöqtəsi ola bilər.

"Məhdudiyyətlərin götürülməsi \\Kiyevə Rusiya ərazisindəki hərbi obyektlərə, o cümlədən ‘Geran-2’ dronlarının buraxıldığı hava bazalarına və Ukrayna şəhərlərini bombalayan strateji bombardmançıların yerləşdiyi aerodromlara zərbə endirmək imkanı verə bilər”, – deyə Rivero bildirib.

O vurğulayıb ki, Qərbin əvvəlki məhdudiyyətləri Ukraynaya verilən yüksək texnologiyalı silahların istifadəsinə əngəl yaratmaqla, "Rusiya hərbi infrastrukturunu və təchizat zəncirini faktiki olaraq qoruyurdu”.

"Bu məhdudiyyətlərin ləğvi Rusiyanın logistik və əməliyyat strukturlarını pozmağa imkan verə bilər, bu isə Kremlə çətinliklər yaradacaq və 2022-ci ildən bəri müharibəni aparmaq üçün əsas dayaqlardan biri olan təchizat sabitliyini təhlükə altına qoyacaq”, – deyə Rivero əlavə edib.

Ukraynaya qarşı məhdudiyyətlər barədə nə məlumdur?
Bundan əvvəl UNIAN agentliyi Almaniya kansleri Fridrix Mersin bəyanatını yayıb. O bildirib ki, Ukraynaya verilən Qərb silahlarının istifadə məsafəsi ilə bağlı artıq heç bir məhdudiyyət qalmayıb.

"Ukrayna indi özünü müdafiə edə bilər, o cümlədən Rusiya ərazisindəki hərbi mövqelərə zərbələr endirməklə”, – deyə Mers vurğulayıb.

Eyni zamanda, mediada "Storm Shadow”, "Scalp” və "Taurus” raketləri ilə Rusiyanın hansı obyektlərinin potensial hədəfə çevrilə biləcəyi barədə məlumatlar yer alıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->