OBA "Qonşum Qazansın" lotereyasında 2 gəncə ev hədiyyə etdi (VİDEO)
Qənaətin və yaxın qonşuluğun ünvanı olan "OBA” marketlər şəbəkəsinin 1 mart – 30 aprel tarixlərini əhatə edən "Qonşum Qazansın” lotereyasının qalibləri müəyyən olunub.
Lotereya çərçivəsində iştirakçılara dəyərli hədiyyələr – Bakıda yerləşən ikiotaqlı, tam təmirli mənzil və Toyota Corolla 1.8L 2024 model avtomobil təqdim edilib.
Maraqlı məqamlardan biri də mənzil qazanan Murtuz Nurməmmədlinin bu lotereyada yaxın dostu Nüsrət Vəzirov Bəhmən oğlu ilə birgə iştirak etməsi olub.
Qeyd edək ki, O00547481 nömrəli biletin sahibi Günel Şirəliyeva Toyota Corolla avtomobilinə, O00452136 nömrəli biletin sahibi Murtuz Nurməmmədli isə lotereyanın əsas mükafatı olan mənzilə sahib çıxıb.
Qaliblərin seçimi şəffaf şəkildə aparılıb və bütün proses "OBA”nın rəsmi sosial media kanallarında canlı yayımlanıb. Münsiflər heyətində Azərbaycanın Əməkdar artisti Dilarə Əliyeva, aktyor Müşfiq Şahverdiyev və media nümayəndələri təmsil olunub.
"Qonşum Qazansın” lotereyasında hər 20 AZN və daha artıq məbləğdə alış-veriş edən müştərilər bir iştirak haqqı qazanaraq, böyük hədiyyələr uğrunda mübarizə aparıblar.
"OBA” marketlər şəbəkəsi bir-birindən fərqli kampaniya və təkliflərlə müştərilərini sevindirməyə davam edəcək.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər